AZ

Ermənistan Prokurorluğu Artem Movsesyanın daşınmaz əmlakının və 3,8 milyon dollarının müsadirəsini tələb edir

Ermənistan Baş Prokurorluğu məhkəməyə müraciət edərək keçmiş Mülki Aviasiya Baş İdarəsinin (hazırda Mülki Aviasiya Komitəsi) rəisi Artem Movsesyan və onunla əlaqəli şəxslərdən 1,55 milyard dramdan çox vəsaitin (təxminən 4 milyon dollar) və 8 daşınmaz əmlak obyektinin müsadirə edilməsini tələb edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Müsadirə ediləcək qanunsuz əldə edilmiş əmlakın siyahısına səkkiz daşınmaz əmlak obyekti, iki daşınar əmlak, beş şirkətdə pay, qanunsuz əldə edilmiş gəlirlərin və vəsaitlərin qalığı kimi 1,55 milyard dramdan çox pul daxildir.

Qanunsuz mənbələrdən və bir sıra alıcılardan köçürülmüş pul vəsaitlərinin ümumi məbləği təxminən 8,42 milyon dram təşkil edib.

Məhkəmə iddianın təmin edilməsi ilə bağlı tədbirlər görüb.

Seçilən
6
report.az

1Mənbələr