BAKI, 18 iyun. TELEQRAF
Cəlilabad rayonunun Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Əlisa Mirzəyev ötən gün yaşadığı evi tərk etdikdən sonra geri qayıtmayıb.
Teleqraf-ın cənub bürosunun məlumatına görə, ailəsi onunla əlaqə saxlaya bilmədikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, gəncin yerinin müəyyənləşdirilməsi məqsədilə polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.