AZ

Gəncədə “OKSİFEST” keçirilib – FOTOLAR

“Gəncə Maarif Evi” İctimai Birliyinin yaranmasının altıncı ildönümü münasibətilə Gəncədə “OKSİFEST” adlı festival təşkil edilib. Şəhərin Cavad xan küçəsində baş tutan festivalın birinci hissəsində 60-dan çox yerli sənətkarın əl işlərindən ibarət yaradıcılıq nümunələrinin sərgi satış yarmarkası keçirilib.
Festival şəhər sənətkarlarının ürəyincə olub. Onlar hazırladıqları məmulatları satışa çıxarmaq imkanı əldə ediblər.

Tədbirin ikinci hissəsində “Gəncə Maarif Evi” İctimai Birliyinin könüllüləri səhnədə öz istedadlarını nümayiş etdiriblər. Könüllülər tərəfindən musiqi nümunələri təqdim edilib. Aktyor, şoumen, respublikanın əməkdar artisti Bəhram Bağırzadənin tədbirdə iştirakı mərasimə xüsusi ab-hava qatıb. Festival şəhər sakinlərinin böyük coşğusu ilə keçib və bayram əhval-ruhiyyəsi yaradıb.

XQ

Seçilən
9
1
xalqqazeti.az

2Mənbələr