AZ

Olmayan səhiyyəmizin peşə bayramı, yaxud TAUN ZAMANI BAYRAM...


Dünən Azərbaycanda “Tibb işçilərinin peşə bayramı” idi.

Nərimanov Tibb Mərkəzinin təmtəraqlı bayram tədbirindən ( restorandan) redaksiyamıza  göndərilən fotolar və videolar bu yazı üçün səbəb oldu.

Əlbəttə, hər kəsin istirahət etmək, şənlənmək, yeyib-içmək, öz peşə bayramını qeyd etmək  hüququ var. Ancaq bu məclisdə əyləşən tibb işçilərinin buna mənəvi haqqı varmı..? Axı, ölkə səhiyyəsini bərbad günə qoyanlar bu məclisdə iştirak edənlər arasında az deyil.

 Yeri gəlmişkən, ölkəmizdə səhiyyədən  söhbət düşəndə “Xəstə sol ayağın əvəzinə sağlam sağ ayağı kəsən”, “ Kor bağırsaq yerinə  nazik bağırsağı kəsən” və utanıb-qızarmadan “Mexaniki səhv olub dəə”  deyən milli səhiyyəmiz yada düşür.

Biz hələ Azərbaycan səhiyyəsini məhv edən rüşvət, korrupsiya, milyonlarla dövlət vəsaitini mənimsəmə hallarını demirik.

Nərimanov Tibb Mərkəzinin təmsilçilərinin xalqın bu acınacaqlı  günündə  BAYRAM etməsi  yada məşhur  ifadəni salır:

TAUN  ZAMANI BAYRAM ( Пир во время чумы ), yəni ümumi fəlakət zamanı BAYRAM ETMƏK.

Bəli, FƏLAKƏT...

Bu gün Azərbaycanda səhiyyə müəssisələrində heç bir imkanlı şəxs və ailə üzvəri müalicə olunmur. Bütün imkanlı şəxslər Almaniyada, Fransada, Amerikada, ən pis halda Türkiyədə, İranda müalicə olunurlar. Azərbaycan səhiyyəsi isə sonuncu ümidini itirib çörək pulunu dərmana verənlərin, barmağının üzüyünü, daha nələri satanların cibinə girməklə məşğuldur.

Yetim-yesir, imkansız insanlar ölkə səhiyyəsinə müraciət edir, sonuncu  pulunu xərcləyir, amma heç bir faydası omur.

Neçə ildir ölkə mediası 12 bal toplayıb rüşvətlə Azərbaycan Tibb Universitetinə  qəbul olan tələbə-gələcək həkimlərdən yazır.

Belə həkimlərin qəssabdan heç bir fərqi yoxdur.

Bütün bunlar FƏLAKƏT  deyilmi ?

Cənab Prezidentin ölkə səhiyyəsinə ayırdığı milyonlarla dövlət vəsaitini TƏBİB-in rəhbərliyi saxta tenderlər zamanı mənimsəyirlər, dövlətin verdiyi dərman preparatlarını özəl apteklərdə satdırıb milyonlar qazanırlar.

Kasıb insanlar isə günlərlə, aylarla Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında qalırlar.

Yeri gəlmişkən, TƏBİB-dir-nədir kimə, nəyə lazımdır ?

Saxta islahat, pilot layihə adı altında millətin başında dəlləklik öyrənmək, milyonları mənimsəmək.

Onu da qeyd edək ki, pilot layihələrin hamısı iflasa uğrayıb. 

Rüşvət, korrupsiya  TAUN epidemiyası  kimi milli səhiyyəni  məhv edib.

Hələ bu harasıdır ?

Nərimanov Rayon Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun savadlı, təcrübəli kadrları yaş həddi ilə bağlı  işdən uzaqlaşdırır, amma  68 yaşlı Şəhla Məmmədovanı 8 saylı poliklinikaya ( indiki  1 saylı  şöbə ) müdir təyin edir.

Bir soruşan yoxdur ki, 65 yaşlı əməkdaşı yaş həddi ilə bağlı uzaqlaşdırır, amma 68  yaşlıya vəzifə verirsən...

Sözün qısası, olmayan səhiyyəmizin  Tibbi Sığorta Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi  (TƏBİB)  və Tibbi Mərkəzlər ölkə səhiyyəsini məhvə gətiriblər.

Yeri gəlmişkən, hər  Peşə Bayramında həmin sahənin nümayəndələri 1 gün öncə orden, medal, fəxri adlarla təltif olunurlar. Tibb İşçilərinin Peşə Bayramında belə olmadı.

Deyəsən, TƏBİB artiq təkcə kasıb təbəqənin deyil, hamının səbrini  daşırıb.  NUH.az 


 



Seçilən
4
1
nuh.az

2Mənbələr