Heç olmasa 7-10 günlük gəl sonra gedərsən Yaponiyanın Baş naziri Şiqeru İşiba ABŞ Prezidenti Donald Trampla rüsumlarla bağlı görüşündə razılığın əldə olunmadığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə"Kyodo News" yaxır. Məlumata görə, Kanadada keçirilən G7 Liderlər Zirvə toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən İşiba ABŞ-nin tariflərinin ölkəyə təsirini qiymətləndirib.
İşiba ABŞ tariflərinin Yaponiya şirkətləri, xüsusilə də avtomobil sektoruna ciddi şəkildə təsir etdiyini deyib.
O, ABŞ ilə “hazırkı fikir ayrılıqlarının” davam etdiyini bildirib.
İşiba qeyd edib ki, milli maraqları çərçivəsində danışıqları davam etdirəcəklər.
Xatırladaq ki, Prezident Donald Tramp administrasiyası Yaponiyaya 24 faiz gömrük rüsumu tətbiq etmişdi. Lakin Çin istisna olmaqla, digər ölkələrə 90 gün müddətində güzəşt verilmişdi.