Bakı. Trend:
16 iyun tarixində Almaniyanın Bonn şəhərində BMT-nin İqlim üzrəSubsidiar Orqanlarının 62-ci Sessiyası - SB62 öz işinəbaşlayıb.
Trend xəbərverir ki, Bonn Sessiyasının əsas məqsədi Braziliyanın Belemşəhərində keçiriləcək COP30-a hazırlıqdır.
Qeyd edilən sessiya çərçivəsində əsas məqamlardan birigündəliyin təsdiqi prosesi olub.
Konfransın işini iki gün gecikdirən bu məsələ, nəhayət,Azərbaycan nümayəndə heyətinin Braziliyaya göstərdiyi dəstəksayəsində öz həllini tapıb. Gündəliyin qarşıdan gələn COP30-a evsahibliyi edən ölkə kimi Braziliya tərəfindən razılaşdırılmasınınnəzərdə tutulmasına baxmayaraq, Braziliya tərəfinin müraciətiəsasında, Azərbaycan nümayəndə heyəti bütün tərəflərlə intensivdanışıqlar aparıb və nəticədə gündəlik qəbul olunub.
Braziliyada keçiriləcək COP30-un baş icraçı direktoru Ana AmeliaKampos Toni, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasıKatibliyi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığınıbildirib.