“Sabah”ın Avropa Liqasınının 1-ci təsnifat mərhələsindəki rəqibi “Selye” transfer çalışmalarını sürətləndirib.
“Football-plus.az” Sloveniya təmsilçisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, komanda daha iki futbolçuyla güclənib. Bunlar Franko Kovaçeviç və Daniel Şturmdu.
Kovaçeviç hücumçudu və Almaniyanın 3-cü liqa klubu “Vehen”dən alınıb. “Qraflar” 25 yaşlı futbolçuyla 3 illik müqavilə imzalayıb. Xorvatiyalı 2024/25 mövsümündə meydana çıxdığı 12 oyunda 1 qol vurub. “Transfermarkt”da dəyəri 500 min avrodu.
Şturmla da 3 illik anlaşma əldə edilib. 26 yaşlı müdafiəçi kollektivə sərbəst oyunçu statusuyla qoşulub. Karyerasının son iki mövsümünü Sloveniyanın 2-ci liqa təmsilçisi “Bistrika”da keçirən futbolçu bu müddət ərzində 19 qol, 10 məhsuldar ötürməylə yadda qalıb. “Transfermarkt”da dəyəri 400 min avrodu.
Xatırladaq ki, “Selye” Zaqreb “Dinamo”sunun yarımmüdafiəçisi İvitsa Vidoviçi də heyətə cəlb edib. Xorvatiyalı futbolçu ilə birillik müqavilə imzalanıb.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta