AZ

Solovyovun fikirlərini qəti şəkildə pisləyirik - MEDİA

Bakı. Trend:

Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlətteleviziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramındaözünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbətidəfə hörmətsizlik nümayiş etdirib.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən (MEDİA)məlumat verilib.

Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanları tərəfindənsaxlanılan yaxın dostu, erməniəsilli rusiyalı iş adamı SamvelKarapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə “Artsax”ifadəsini işlədib, Ermənistan hakimiyyətini “Artsaxı hədiyyəetməkdə” günahlandırıb, canlı yayımda birbaşa erməni xalqınamüraciət edərək onu da gələcəkdə “Artsaxın taleyi gözlədiyini”deyib.

"Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermişproseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycanakin və nifrət bəsləyib, bu münasibət onun çıxışlarında açıq şəkildəözünü büruzə verib. V.Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi,44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyiçıxışlar həmişə qeyri-obyektiv olub, ziddiyyətli mahiyyət daşıyıbvə Azərbaycanda adekvat reaksiyalara səbəb olub.

Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktividdiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşıqəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluqmünasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmimövqeyinə tamamilə ziddir.

Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bunifrət nitqini yolverilməz hesab edir, qəti şəkildə pisləyir vəqarşı tərəfin üzrxahlıq etməsini gözləyirik", - məlumatdadeyilir.

Seçilən
11
49
az.trend.az

10Mənbələr