Bakı. Trend:
İranlı nümayəndələr Ağ Evlə əlaqə saxlayıb, Ağ Evə gəlməyitəklif ediblər.
Trend xəbərverir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərəaçıqlamasında deyib.
Tramp bildirib ki, Yaxın Şərqdəki gərginlik hələ dəaktualdır:
“Hələ heç nə bitməyib, çox pis şeylər ola bilər”.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp İranıqeyd-şərtsiz təslim olmağa çağırıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.