AZ

Zaqatala yol istismar idarəsinə yeni rəis TƏYİN EDİLDİ - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Zaqatalada bu idarəyə yerli iş adamını təyin edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, AAYD-nın sədri Saleh Məmmədovun müvafiq əmri ilə bir müddətdir boş qalan Zaqatala rayon “14 nömrəli Yol İstismar” idarəsinə yeri rəis təyin edib.
 

Belə ki, bu vəzifə yerli iş adamı, əvvvəllər də bir sıra dövlət vəzifələrində çalşan Süleyman Süleymanova həvalə edilib.


Qeyd edək ki, “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş direktoru Rüstəm Paşayev cari ilin fevral ayında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayev tərəfindən rayonun Maqov kəndi ərazisindən keçən yolun üzərindəki 136 min manat dəyərində olan müxtəlif növ ağacların şəxsi məqsədlər üçün ekoloji tələblərə zidd olaraq kəsilməsini təşkil edib.

Bununla da çoxsaylı ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilərək o, həbs olunub.

Hazırda iş məhkəmə mərhələsindədir.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
11
1
bizim.media

2Mənbələr