AZ

Maliyyə Nazirliyində İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin nümayəndələri ilə görüş keçirilib

Bakı. Trend:

İyunun 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində İslamƏməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı DaimiKomitəsinin (COMCEC) Əlaqələndirmə Ofisinin nümayəndələri ilə görüşkeçirilib.

Trend xəbər verir ki, Maliyyə Nazirliyi, Ekologiya və TəbiiSərvətlər Nazirliyi və Mərkəzi Bankın nümayəndələrinin iştirakı iləkeçirilən görüşdə COMCEC-in təqdim etdiyi “İƏT-ə üzv ölkələrdəiqlim dəyişiklikləri və təbii fəlakətlərin mənfi təsirləri iləmübarizə üçün davamlı və ətraf mühit üçün dost islam maliyyəalətlərinin təşviqi” mövzusunda araşdırma layihəsi müzakirəedilib.

Həmçinin, qeyd olunan mövzu ilə bağlı cari siyasət, təcrübələrvə gələcək imkanlar barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, COMCEC tərəfindən sözügedən layihə ilə bağlıAzərbaycan ilə yanaşı İndoneziya, Nigeriya, Qətər və İngiltərənintəcrübəsi araşdırılır.

Seçilən
55
6
az.trend.az

1Mənbələr