AZ

İranı Azərbaycan vasitəsilə tərk etmək istəyən Gürcüstan vətəndaşlarına müraciət olundu

TBİLİSİ, 18 iyun. TELEQRAF

Gürcüstanın İrandakı səfirliyi Azərbaycan və Türkmənistana keçmək istəyən ölkə vətəndaşlarına müraciət edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, diplomatik nümayəndəlik hər iki ölkəyə quru yolla təxliyə olunmaq üçün xüsusi icazənin tələb olunduğunu bildirib.

Sənədin alınması üçün vətəndaşlardan səfirliyə müraciət etmələri tövsiyə olunub.

Qeyd olunub ki, İranda təhlükəsizliklə bağlı hazırkı vəziyyət nəzərə alınmaqla səfirlik fövqəladə rejimdə çalışır və bu ölkədə olan Gürcüstan vətəndaşları ilə daimi əlaqə saxlanılır. Diplomatik nümayəndəliyin bu günədək 100-dən çox Gürcüstan vətəndaşına konsultasiya və kömək göstərdiyi vurğulanıb.

Seçilən
6
teleqraf.com

1Mənbələr