Bakı, 18 iyun, AZƏRTAC
Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. Müəllimlərin sertifikatlaşdırılması prosesi artıq təhsilin ayrılmaz bir hissəsinə çevrilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan müəllimlər cəlb olunub. Bugünkü test imtahanlarında 2 min 19 müəllim iştirak edib. Prosesin ilk günündə 95 faiz davamiyyət qeydə alınıb.
Mövzu ilə bağlı daha ətraflı AZƏRTAC-ın videomaterialında izləyə bilərsiniz.