Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır.
Milli.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin illik təqvimində qeyd olunub.
Məhərrəm ayı ilk günü iyunun 26-na təsadüf edir. İyulun 26-sı məhərrəm ayının son günüdür. Daha sonra səfər ayı başlayır.
Bu il Aşura günü iyulun 5-nə, Ərbəin günü (İmamın qırıxı mərasimi) avqustun 14-nə təsadüf edəcək.
Milli.Az