Bakı. Trend:
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyətimaliyyə idarəçiliyinin rəqəmsallaşdırılması sahəsində təcrübəmübadiləsi aparmaq məqsədilə Koreya Respublikasının Seul şəhərindəsəfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Koreya İqtisadiyyatvə Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Koreya Maliyyəİnformasiya Xidmətində (Korea Fiscal Information Service – KFIS)bir sıra işçi görüşlər keçirib.
Maliyyə Nazirliyindən Trend-ə bildirilib ki, görüşlər zamanı Koreyanındövlət maliyyəsinin idarə olunması üçün tətbiq etdiyi rəqəmsal vəinteqrasiya olunmuş milli maliyyə informasiya sistemi olan“dBrain+” platformasının praktik tətbiqi ətrafında müzakirələraparılıb, dövlət maliyyə nəzarəti, xəzinədarlıq və mühasibat uçotusahələrində rəqəmsal transformasiya imkanları əsas diqqətmərkəzində olub.
Bundan əlavə, dövlət büdcəsinin gəlir və xərclərinin təhlili vəoptimallaşdırılması, müasir rəqəmsal idarəetmə alətlərinin vəelektron həllərin büdcə proseslərinə inteqrasiyası istiqamətindəqarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Səfər çərçivəsində təşkil olunan seminar proqramında “dBrain+”sistemi üzrə texniki təqdimatlar və müzakirələr keçirilib.Bildirilib ki, bu sistem vasitəsilə dövlət büdcəsinin hazırlanması,xərclənməsi, hesabatlılıq və borc idarəçiliyi kimi maliyyəprosesləri tam şəkildə rəqəmsal mühitdə və inteqrasiya olunmuşformada həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyitərəfindən Hökumət Resurslarının Planlaşdırılması (GRP – GovernmentResource Planning) sisteminin qurulması istiqamətində işlərəbaşlanılıb və bu çərçivədə beynəlxalq təcrübə öyrənilir.