AZ

Sorğu: Amerikalıların 60 faizi ölkələrinin İran-İsrail münaqişəsinə cəlb olunmasına qarşıdır

ABŞ vətəndaşlarının əksəriyyəti hesab edir ki, Vaşinqton İran və İsrail arasındakı münaqişədə iştirak etməməlidir.

"Report" xəbər verir k, bunu "YouGov"un sorğusunun nəticələri sübut edir.

Belə ki, respondentlərin 60 faizi ABŞ-nin bu münaqişəyə cəlb olunmasına qarşıdır, 16 faizi əks fikirdədir. Qalan 24 faizi mövqelərini müəyyənləşdirmədiklərini bildiriblər.

Sorğuda iştirak edənlərin əksəriyyəti (56 faizi ) hesab edir ki, ABŞ İranla nüvə proqramı üzrə danışıqlarda iştirak etməlidir.

Araşdırma göstərib ki, amerikalıların təxminən 50 faizi İranı "ABŞ-nin düşməni" hesab edir.

Sorğu göstərib ki, amerikalıların 36 faizi İsraili ABŞ-nin müttəfiqi, 10 faizi İsraili qeyri-səmimi, 6 faizi isə onu düşmən adlandırır, qalanları cavab verməkdə çətinlik çəkiblər.

Təxminən 1,5 min nəfər iştirak etdiyi sorğu iyunun 13-16-da keçirilib.

Seçilən
7
2
report.az

3Mənbələr