2025-ci ilin ilk 5 ayı ərzində (yanvar-may) Azərbaycana 789 milyon 752 min dollar dəyərində 42 min 786 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal olunub.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin ilk 5 ayı ərzində (yanvar-may) Azərbaycana 648 milyon 458 min dollar dəyərində 35 min 570 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.
Beləliklə, bu ilin 5 ayında Azərbaycana 7 min 216 ədəd daha çox avtomobil gətirilib.
Minik avtomobillərinin idxalı isə ötən ilin ilin ilk 5 ayında 31min 954 ədəd ikən, cari ilin ilk 5 ayında 39 min 9 ədəd olub.