AZ

DİN-dən küçə ticarəti ilə məşğul olanlara ÇAĞIRIŞ

Bakı. Trend:

Nəqliyyatın hərəkətinin intensiv olduğu yollarda küçəticarətinin həyata keçirilməsinin yolverilməzliyi haqda dəfələrləxəbərdarlıq edilməsinə və görülən inzibati tənbehlərə baxmayaraq,son dövrlər yol kənarlarında müxtəlif məhsulların satışının artdığımüşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyininyaydığı məlumatda deyilir.

"İlk baxışda sadə ticarət forması kimi görünən bu cürfəaliyyətlər əslində vətəndaşların həm özləri, həm alıcılar, həm dəyol hərəkətinin digər iştirakçıları üçün real təhlükəmənbəyidir.

Nəqliyyat axınının intensiv və sürətli olduğu yollardaavtomobillərin dayanması, insanların yola çıxması da sürücü vəpiyadalar üçün ciddi risklər doğurur, eyni zamanda ağıryol-nəqliyyat hadisələrinə səbəb olur.

Nəzərə alınmalıdır ki, yollar yalnız nəqliyyat vasitələriüçündür, bu yerlərdə ticarət məqsədilə dayanma və piyadalarınhərəkəti qadağandır", - nazirlikdən bildirilib.

Qeyd edilib ki, küçə ticarətinin yay mövsümü ilə əlaqədarinsanların bölgələrə istirahətə üz tutduğu bir şəraitdə aparılmasıisə daha böyük təhdidlər yaradır və belə hallarda baş vermişyol-nəqliyyat hadisələri faciə ilə nəticələnir:

"Xahiş edirik ki, ticarət fəaliyyətinizi yalnız müvafiq dövlətqurumlarının müəyyən etdiyi yerlərdə həyata keçirəsiniz.

Bir daha qanunvericiliyin tələblərinə riayət etməyə, özünüzün vəbaşqalarının həyatını təhlükəyə atmamağa çağırırıq".

Seçilən
17
38
az.trend.az

3Mənbələr