İsrail ordusu İran diktatorunun əsas repressiv silahı olan İranın daxili təhlükəsizlik qərargahını darmadağın edib.
Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats sosial şəbəkədə məlumat verib.
"Hərbi-Hava Qüvvələrinin təyyarələri İran rejiminin daxili təhlükəsizlik qərargahını - İran diktatorunun əsas repressiv silahını məhv edib", - Kats bildirib.
Onun sözlərinə görə, İsrail söz verdiyi kimi, “güc simvollarını korlamaqda” və hər yerdə İranın ali dini lideri Əli Xamenei rejiminə zərbələr endirməkdə davam edəcək.