Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycana 42 786 ədəd avtomobilidxal edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu sayda avtomobilin idxalına çəkilən xərcinhəcmi 789,751 milyon ABŞ dolları olub.
Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdarifadəsi ilə 7 216 ədəd və ya 20,3%, dəyər ifadəsi ilə 141,294milyon ABŞ dolları, yaxud da 21,8% artıb.
Dövr ərzində ölkəyə 16,235 milyon ABŞ dolları dəyərində 210 ədədsürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçünnəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 709,137 milyonABŞ dolları dəyərində 39 009 ədəd əsasən adam daşımaq üçün nəzərdətutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyatvasitələri idxal edilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanxarici ölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,527 milyard ABŞ dolları və ya 13,7% çoxdur.
Xarici ticarət dövriyyəsinin 11,001 milyard ABŞ dolları ixracın,9,965 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,2% azalıb, idxal isə 36,5% artıb.
Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7dəfə azdır.