25 kiloya düşən və reanimasiyaya yerləşdirilən türkiyəli sosial media fenomeni Nihal Candanın atasının vəziyyəti pisləşib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızı süni tənəffüs aparatına qoşulan fenomenin atası, həkim Hakan Candan qızının vəziyyətindən sarsılaraq infarkt keçirib.
Onun da müalicəsi hazırda reanimasiyada aparılır.
Qeyd edək ki, Nihal və Bahar Candan bacıları 2023-cü ilin noyabr ayında dələduzluq və çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində həbs olunmuşdular.
Təxminən 6 ay həbsdə qalan bacılardan əvvəlcə Bahar Candan azadlığa buraxılmışdı.
Nihal Candan isə həddindən artıq çəki itirdiyi, cəmi 37 kiloqrama düşdüyü və ona "anoreksiya" diaqnozu qoyulduğu üçün sonradan şərti olaraq azad edilmişdi.
29 kilo olaraq xəstəxanaya yerləşdirilən fenomenin hazırda çəkisi 25 kilodur.
Könül
Musavat.com