"Real Madrid" klubu qapıçısı Tibo Kurtua ilə müqavilə uzadacaq.

Offsideplus.az xəbər verir ki, belçikalı qapıçı ilə yeni sözləşmə 2028-ci ilin yayına qədər olacaq.

Bu barədə "AS" nəşri məlumat yayıb.

Kurtua 2018-ci ildən "Real Madrid"də çıxış edir. O, "kral klubu" ilə 2 dəfə Çempionlar Liqasının qalibi olub.