UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” 4 legionerlə vidalaşıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias (Benny) və Miço Kuzmanoviçlə yollar ayrılıb. Bu futbolçularla başa çatan müqavilənin müddəti uzadılmayıb.
Bununla da "Araz-Naxçıvan"dan ayrılan futbolçuların sayı 5-ə çatıb. Bundan öncə kapitan Vadim Abdullayev Naxçıvan təmsilçisindən kənarlaşdırılıb.
Əvəzində rəhbərlik baş məşqçi Elmar Baxşıyev, həmçinin futbolçular İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodriguesi komandada saxlayıb. Üstəlik israilli Bar Cohen və almaniyalı Çance Simakala Ba-Muaka transfer olunub.