İsrail Müdafiə Qüvvələri (ÇAXAL) “X” sosial şəbəkəsində fars dilində İran vətəndaşlarına müraciət edərək, ölkədəki vəziyyətdən narahat olan insanlara MOSSAD ilə əlaqə saxlamağı tövsiyə edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli İran vətəndaşları. Rejimin yaratdığı çətin şəraitdə sizin ağır durumda olduğunuzu anlayırıq. Son günlər biz qeyri-müəyyən gələcəkdən narahat olan insanlardan çoxsaylı müraciətlər alırıq. Hətta rejimin güc strukturlarına aid olduğunu bildirən şəxslər də bizə qorxu, ümidsizlik və qəzəblərini ifadə edir və baş verənlər fonunda İsrail hakimiyyəti ilə əlaqə saxlamaq istədiklərini bildirirlər. Onlar İranın da Livan və Qəzzada baş verən taleyi yaşamamasını istəyirlər.
Hazırda aydınlaşdırmaq istəyirik ki, biz bu tip müraciətlər üçün səlahiyyətli qurum deyilik. Amma edə biləcəyimiz ən azı şey sizi bu link vasitəsilə MOSSAD-ın rəsmi saytına yönləndirməkdir”.
Sonda qurum İsrailin kəşfiyyat agentliyinin səhifəsinə keçidi (//mossad.gov.il/fa/contact-us) təqdim edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta