AZ

300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir (FOTO)

Bakı. Trend:

Bakı Ekspo Mərkəzində 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nəstart verilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və“Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən sərgidə 300-əyaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.

Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlətqurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərininnümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən işadamları iştirak ediblər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Əmək və Əhalinin SosialMüdafiəsi naziri Anar Əliyev, iqtisadiyyat nazirinin müavini SahibƏləkbərov, Azərbaycan Respublikasının Prezidenti yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədriElnur Bağırov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov,“Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və"İş adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyininvə “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayevçıxışlarında ölkədə sahibkarlığın inkişafı, özəl sektorundəstəklənməsi, yerli məhsulların ixrac potensialının artırılması vəsərgilərin “Made in Azerbaijan” brendinin tanıdılmasında oynadığımühüm rol barədə fikirlərini bölüşüblər.

Builki sərgidə də KOBİA mikro və kiçik sahibkarlıqsubyektlərinin ödənişsiz olaraq iştirakına dəstək göstərib. Buməqsədilə qurulmuş ayrıca stenddə sənaye, tekstil, qida, xidmət,tikinti, əl işləri, parfümeriya və s. sahələrdə fəaliyyət göstərən10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün şəraityaradılıb.

Qeyd edək ki, sərgi iyunun 21-dək davam edəcək. “Yerlişirkətlərin tanıtım sərgisi” artıq 6 ildir ki, yerli şirkətlərinməhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardanbiridir. Məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilədə ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətətanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznessubyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviqetməkdir. Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kəndtəsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyətgöstərən yerli şirkətlər təmsil olunur. Əvvəlki illərdəkisərgilərdən fərqli olaraq builki sərgidə daha çox şirkət iştirakedir. Sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekoloji təmiz vədayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakına üstünlükverilib. Sərgi çərçivəsində ilk dəfə olaraq mikro və kiçiksahibkarların iri şirkətlərlə əlaqələrinin genişləndirilməsi vəonların təchizat zəncirində iştirakının artırılması məqsədiləKOB-ların iri şirkətlərin rəhbərləri ilə “B2B” formatlıgörüşlərinin təşkili nəzərdə tutulur.

“Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçirilən sərginin builki tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan DövlətReklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır(İCMA).

Sərgi iştirakçıları və ziyarətçiləri üçün 18-21 iyuntarixlərində, saat 10:00-16:30 aralığında hər iki istiqamət üzrəödənişsiz avtobuslar (“Koroğlu” metro stansiyasından (Heydər Əliyevprospekti, “Alov” parkı çıxışı) xidmət göstərir.

300-ə
300-ə
300-ə
300-ə
300-ə
300-ə
300-ə
300-ə
300-ə
300-ə
300-ə
300-ə
300-ə
Seçilən
12
5
az.trend.az

6Mənbələr