Lənkəran rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub...
"Report" xəbər verir ki, Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində baş verən avtoqəzada 2002-ci il təvəllüdlü Dəyanət Məmməd oğlu Balayev, Məhərrəm Qədir oğlu Fərzullayev (1999), İbadət Aydın oğlu Məmmədov (2005), Mehman Kamran oğlu Məmmədzadə (2007) və Murad Fəxri oğlu Babazadə (2007) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hazırda onların müalicələri davam edir.
***
Lənkəran rayonunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.
“Report”un Cənub bürosu xəbər verir ki, hadisə rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, "VAZ-21015" markalı avtomobilin "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində maşınlarda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar 3 təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlara ilkin zəruri tibbi yardım göstərilərək müvafiq şöbələrə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info