AZ

Tramp “TikTok” qadağasını daha 90 gün ertələdi


ABŞ Prezidenti Donald Tramp ABŞ-də “TikTok”un istifadəsini faktiki olaraq qadağan edən ikipartiyalı qanunun icrasını yenidən 90 gün təxirə salıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Prezident Trampın dəfələrlə vurğuladığı kimi, o, “TikTok”u bloklamaq niyyətində deyil. Uzatma 90 gün olacaq və bu müddət ərzində administrasiya razılığa gəlməyə çalışacaq ki, amerikalılar öz məlumatlarının təhlükəsiz olduğuna əminliklə “TikTok”dan istifadəni davam etdirə bilsinlər”, - Ağ Evin mətbuat katibi Carolyn Levitt ABŞ mediası tərəfindən yayılan bəyanatda bildirib.
Seçilən
5
yeniavaz.com

1Mənbələr