2025-ci ilin ilk 5 ayı ərzində (yanvar-may) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20 milyard 966 milyon 9 min ABŞ dolları təşkil edib (2024-cü ilin eyni dövründə 18 milyard 439 milyon 272 min ABŞ dolları təşkil etmişdi). Xarici ticarət əməliyyatlarının həcminin artması idxalın artması ilə əlaqədardır.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 9 milyard 964 milyon 840 min ABŞ dolları (ötən ilin ilk 5 ayında 7 milyard 300 milyon 691 min ABŞ dolları), ixrac əməliyyatları üzrə 11 milyard 1 milyon 169 min ABŞ dolları (ötən ilin ilk 5 ayında 11 milyard 138 milyon 581 min ABŞ dolları) ticarət qeydə alınıb.
2024-cü ilin ilk 4 ayında xarici ticarət saldosu müsbət 3 milyard 837 milyon 890 min ABŞ dolları ikən, 2025-ci ilin ilk 5 ayı ərzində xarici ticarət saldosu müsbət 1 milyard 36 milyon 329 min ABŞ dollarına düşüb (3,7 dəfə azalıb).