Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan 3,833 milyard ABŞdolları dəyərində 10,271 milyard kubmetr təbii qaz ixracedilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, 2024-cü ilin ilk beş ayı ilə müqayisədə, ixracedilən təbii qazın dəyəri 381,876 milyon ABŞ dolları və ya 11,1%,həcmi isə 358,198 milyon kubmetr və ya 3,6% artıb.
Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı34,84% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanxarici ölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,527 milyard ABŞ dolları və ya 13,7% çoxdur.
Xarici ticarət dövriyyəsinin 11,001 milyard ABŞ dolları ixracın,9,965 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,2% azalıb, idxal isə 36,5% artıb.
Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7dəfə azdır.