AZ

“Atılan raketlər yalnız qeyri-azərbaycanlıları deyil, azərbaycanlıları da hədəf alır” – ŞOK AÇIQLAMA

İrandakı vəziyyət ancaq, gərginlik vəd edir. Hal-hazırda hadisələr faktiki olaraq nəzarətdən çıxır kimi bir təəssürat yaranır.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Azərbaycanlıların həyatı təhlükə altındadır. Çox yaxşı bir haldır ki, Azərbaycan Respublikası bununla bağlı müəyyən çalışmalar və cəhdlər edir.

Təhlükə böyükdür və atılan raketlər yalnız qeyri-azərbaycanlıların başına düşmür. Biz müharibə arzu etmirik amma, atılan raketlər azərbaycanlıları da hədəf alır. İsrail bu məsələlərdə xüsusi diqqət göstərməlidir.

Bu müharibənin daha da genişlənməsi dəhşətli ssenaridir çünki, bu müharibəyə ABŞ da qoşula bilər, hətta başqa ölkələr də bu prosseslərə cəlb oluna bilər.

Müharibə dövründə sərhədlərin açılması müzakirə mövzusu belə deyil. Azərbaycan dövlətinin bu dövrdə belə bir addım atması gözlənilən deyil.

Siyasi şərhçi onu da qeyd edir ki, müharibə dövründə güney və quzey azərbaycanlılarının birləşməsi məsələsi bizim ideyalarımız və böyük düşüncələrimizdi amma, bugün üçün bunun nə qədər real ola biləcəyi isə ciddi müzakirə olunacaq mövzudur və yaxın zamanlarda bunun baş verməsi real deyil.

 

 

Regionda olan gərginliyi İran-İsrail münaqişəsi daha da artırdı. Gündən-günə daha da qızışan toqquşmaların nə zaman sonlanacağı bəlli deyil. Hətta bu toqquşmalar aktiv müharibəyə çevrilə bilər.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında siyasi ekspert Kazım Kazımov deyib

Toqquşma sonlanmasa regional müharibə riski daha da yüksələcək. Biz bilirik ki, iranın müəyyən propis qüvvələri var və İran bu qüvvələri yenidən aktivləşdirə bilər. Digər tərəfdən isə İsrail bu propis qüvvələrə qarşı Yəməndə, Suriyada, Libanda, İraqda hərbi əməliyyatlara giriş edə bilər.

Təssüfflər olsun ki, İraqda və Suriyada yaşanan proseslərdən sonra milyonlarla şəxs öz ölkəsini tərk etmək məcburiyyətində qalmışdı, əgər belə bir şey İranda da yaşanarsa o zaman regionda miqrant problemləri meydana gələ bilər.

Müharibələrdə çox vaxt xaotik vəziyyətlər meydana gələ bilir və bu xaotik vəziyyətlər də zaman-zaman terror təşkilatlarının ortaya çıxmasına, yaxud da mövcud terror təşkilatlarının daha da aktivləşməsinə gətirib çıxara bilər. Müharibələrin baş verməsi terror təşkilatları üçün yeni bir fürsətdir.

İranda yaşayan azərbaycanlılar da digər vətəndaşlar kimi hücumlara məruz qalırlar. Təəssüflər olsun ki, Azərbaycanın Təbriz, Ərdəbil, Urmiya kimi tarixi şəhərləri və digər bölgələr də hücumlara məruz qalır.

Bütün azərbaycanlıların arzusu budur ki, bu toqquşmalar bir an öncə səngisin və bu toqquşmalar nəticəsində sivil insanlar həyatını itirməsin.

Aisha Abdulova

 

 

 

Seçilən
1
nocomment.az

1Mənbələr