İsrailin hücumlarından sonra İranın verdiyi ballistik raket cavabının Təl-Əviv üçün ağır maliyyə yükü ortaya çıxıb. Beynəlxalq hərbi analitiklərin hesablamalarına görə, İranın ballistik raket hücumlarına cavab olaraq İsrailin hava hücumundan müdafiə sistemlərinin aktivləşdirilməsi və digər hərbi tədbirlərin həyata keçirilməsi ölkəyə bir gecədə təxminən 287 milyon dollara başa gəlib.
KONKRET.az xəbər verir ki, İsrailin “İron Dome” (Dəmir Qübbə), “David’s Sling”(Davudun Oxu) və “Arrow” (Ox) sistemləri vasitəsilə hücumlara qarşı müdafiə tədbirləri həyata keçirilib. Hər bir sistemdən atılan raketlərin dəyəri fərqlidir:
•“Iron Dome” sistemindən istifadə edilən “Tamir” raketinin birinin dəyəri təxminən 50 min dollar təşkil edir. Bu sistemlə qısa mənzilli raketlərə qarşı cavab verilib.
•“David’s Sling” raketlərinin hər biri isə 1 milyon dollardan çox qiymətləndirilir. Bu sistem orta mənzilli hücumlara qarşı istifadə edilib.
•“Arrw-3” kimi ballistik raketlərə qarşı sistemlərin isə hər bir raketinin qiyməti 3 milyon dollara qədər yüksəlir.
Aynurə İsmayıl
KONKRET.az