"Mövcud vəziyyətlə bağlı (İsrail-İran gərginliyi) Bakıya gec gəlməli oldum. Amma bu, mənim döyüşümə heç bir təsir etməyəcək".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu iyunun 21-də Bakıda keçiriləcək "UFC Fight Night" döyüş gecəsinin əsas iştirakçılarından olan, yarımağır çəki dərəcəsində keçmiş çempion Camal Hill mətbuat konfransı zamanı bildirib.
C.Hill deyib ki, o adətən tez-tez səfərlərdə olduğu üçün bu vəziyyət onun döyüş hazırlığına kömək edəcək:
"Mən ölkəmdə məşqlərimi gecə saatlarında edirəm. Bakıdakı döyüşüm də gecə saatlarında baş tutacaq. Bu səbəbdən də Bakıya planlaşdırılandan gec gəlməyim döyüşə hazırlıq məsələmdə çətinlik yaratmayacaq. Hər şey yaxşıdır, hər şey yüksək səviyyəddir".
Qeyd edək ki, iyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq "UFC Fight Night"da gecənin əsas qarşılaşması yarımağır çəkidə keçmiş çempion Camal Hill ilə Xalil Rauntri arasında keçiriləcək.