Hazırda "Mançester Siti"nin baş məşqçisi olan dünya şöhrətli Pep Qvardiolanın 90-cı illərin sonlarında komanda yoldaşı Xose Bakeronun həyat yoldaşı ilə rəqs etdiyi anın videosu yayılmağa başlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sözügedən video tez bir zamanda viral oldu.
Belə ki, futbol dünyasının ən çox danışılan adlarından biri olan Pep Qvardiola bu dəfə meydandan kənar görüntüsü ilə gündəmə gəlib. Hazırda "Mançester Siti"nin baş məşqçisi olan ispan məşqçinin 90-cı illərdən çəkilmiş videosu yenidən sosial şəbəkələrdə yayılmağa başlayıb.
Videoda gənc Qvardiolanın komanda yoldaşının o vaxtkı həyat yoldaşı Xose Bakero ilə rəqs etdiyi görünür. Görüntülər sürətlə viral olaraq futbol azarkeşlərinin diqqətini çəkib və sosial mediada geniş əks-səda yaradıb.