AZ

Paşinyan: "Rusiyadakı müəyyən dairələrin Ermənistana qarşı hibrid fəaliyyəti..."

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasında müəyyən dairələrin Ermənistana qarşı hibrid fəaliyyətlə məşğul olduqlarını istisna etməyib.

"Armenpress" nəşrinin məlumatına görə, Ermənistanın Baş naziri parlamentdə jurnalistlərlə görüşü zamanı belə bir iddia səsləndirib.

Paşinyanın sözlərinə görə, ölkənin hakim elitasının bəzi nümayəndələri biznesmen Samvel Karapetyanın son bəyanatını Rusiya Federasiyası tərəfindən Ermənistan hakimiyyətinə qarşı sabitliyi pozan addım kimi qiymətləndirirlər.

Paşinyan qeyd edib ki, onun həm Rusiya Prezidenti, həm də RF hökumətinin başçısı ilə qarşılıqlı etibara əsaslanan çox sıx işgüzar münasibətləri var.

Paşinyan deyib: "Ermənistana qarşı belə bir əməlin Kreml və ya Rusiya hökuməti tərəfindən törədilə biləcəyinə inana bilmirəm. Lakin istisna etmirəm və çox ehtimal ki, Rusiyada belə hibrid əməllərin arxasında duran müəyyən dairələr var. Üstəlik belə dairələr təkcə Rusiyada deyil. İnanıram ki, bu konkret halda digər ölkələrdə də müəyyən dairələr var".

Hürr Tərcüman

 

Seçilən
8
hurriyyet.az

1Mənbələr