Bu gün İsrailin hava zərbələri nəticəsində Zəncanın Əbhər şəhərində iki SEPAH zabiti həlak olub.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Həmid Mehri və Məhəmməd Qafarinin SEPAH bazasının bombalanması nəticəsində həlak olduqları bildirilib.
Qeyd edək ki, bu gün İsrailin hava hücumu nəticəsində İsfahan əyalətinin Ərdastan şəhərində 4 SEPAH zabiti öldürülmüşdü.