AZ

Azərbaycan nümayəndələri Latviya Parlamentində görüşlər keçiriblər

Azərbaycan
16-17 iyun 2025-ci il tarixlərində Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov və ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov Latviyaya işçi səfər çərçivəsində Latviya Seyminin xarici əlaqələr komitəsinin sədri İnara Murniyetse, ATƏT Parlament Assambleyasındakı Latviya nümayəndə heyətinin rəhbəri İnqrida Tsirtsene və Latviya Seymində Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Oleqs Burovs və qrupun üzvləri ilə görüşlər keçiriblər. 1news.az xəbər verir ki, keçirilmiş görüşlərdə Latviya tərəfinə Azərbaycanın üzləşdiyi mina təhlükəsi, humanitar minatəmizləmə sahəsində aktual aspektlər haqqında məlumat verilib və beynəlxalq yardım və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
ANAMA-nın humanitar minatəmizləmə fəaliyyəti, mina təhdidlərinin yaratdığı fəsadlar və insan həyatına vurduğu zərər diqqətə çatdırılıb və Azərbaycanın sözügedən sahədə topladığı təcrübə qeyd edilərək, toplanmış bilik və bacarıqların beynəlxalq tərəfdaşlar ilə bölüşülməsi imkanları haqqında bəhs edilib. Görüşlərdə həmçinin, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və bu prosesə mane olan amillər, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib. Eyni zamanda, Azərbaycan və Latviya arasında müxtəlif sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd olunaraq, ikitərəfli və beynəlxalq platformalarda parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov sözügedən görüşlərdə iştirak edib.
Seçilən
5
4
1news.az

5Mənbələr