AZ

Paşinyanın İDDİASI: Rusiya Ermənistanda hibrid müharibəyə rəhbərlik edir

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Rusiyada müəyyən dairələrin Ermənistan daxilində hibrid fəaliyyətlərə və müharibəyə rəhbərlik etməsi istisna olunmur.

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazir bu barədə parlamentdə jurnalistlərlə brifinqi zamanı danışıb.

O bildirib ki, hakim elitanın bəzi nümayəndələri Samvel Karapetyanın bir gün əvvəl verdiyi bəyanatı Rusiyanın Ermənistan hökumətinə qarşı apardığı hibrid müharibə kimi qiymətləndirir.

Paşinyan vurğulayıb ki, Rusiya Federasiyasının prezidenti və hökumət başçısı ilə qarşılıqlı etimada əsaslanan çox sıx işgüzar münasibətləri var:

“Mən inana bilmirəm ki, Ermənistana qarşı bu cür addım Kreml və ya Rusiya hökuməti tərəfindən atılıb. Amma istisna etmirəm, əksinə, böyük ehtimalla Rusiyada bu hibrid fəaliyyətlərin və müharibənin arxasında dayanan müəyyən dairələr var. Üstəlik, bu cür dairələr təkcə Rusiyada deyil. Mən əminəm ki, konkret bu məsələdə digər ölkələrdə də belə dairələr mövcuddur,” – deyə Paşinyan bildirib.

O, həmçinin əmin olduğunu bildirib ki, Ermənistan bu cür hibrid riskləri, həmçinin digər təhdidləri idarə etmək üçün bütün imkan və potensiala malikdir.

Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr