Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20,966milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu barədə Trend Dövlət GömrükKomitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,527 milyard ABŞ dolları və ya 13,7% çoxdur.
Xarici ticarət dövriyyəsinin 11,001 milyard ABŞ dolları ixracın,9,965 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,2% azalıb, idxal isə 36,5% artıb.
Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7dəfə azdır.