Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 20 milyard 966 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 13.7% çoxdur.
"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Son bir ildə ölkə üzrə ixrac 10.5% azalaraq 11 milyard ABŞ dolları təşkil edib. İdxal isə 36.5% artaraq 9 milyard 964.8 milyon ABŞ dollarına yüksəlib.
Xarici ticarət dövriyyəsində 1 milyard 36.3 milyon dollarlıq müsbət saldo yaransa da, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 3.7 dəfə azdır.