Bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyon 363 min 108,79 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

İndex.az bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 5 milyard 642 milyon 731,28 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 5 % çox, dəyəri isə 9,8 % azdır. Ötən 5 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 51,29 % olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2 % az, idxal isə 36,5 % artıb.