AZ

Satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillər üzrə yeni yaşayış sahələri alınacaq – 214 milyon manatlıq LAYİHƏ

Bakı. Trend:

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF)satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrialacaq.

Trend-in əldəetdiyi məlumata görə, İKZF artıq bununla bağlı müvafiq işlərə startverib.

Məlumata görə, vətəndaşların tələbatı nəzərə alınaraq, yaşayışsahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisi və onabirbaşa həmsərhəd olan Abşeron rayonunun tərkibində yerləşənyaşayış massivləri üzrə həyata keçiriləcək. Alınacaq yaşayışsahələri 100 min kvadrat metr (m²) həcmində olacaq. Bununmüqabilində İKZF 213 666 666 manat vəsaitin sərf ediləcəyiniproqnozlaşdırıb.

Bildirilir ki, iştirakçılar tərəfindən satınalma predmetininümumi həcmindən daha az həcmdə yaşayış sahəsi təklif edildikdəsatınalan təşkilat bu təkliflər üzərindən qiymətləndirmə edərəkqalibi müəyyən edir. Bu halda təchizatçıların təqdim edəcəyiyaşayış sahələrinin ümumi sahəsi 50000 kv.m-dən az olmamalıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayışsahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğunolaraq vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi iləyaşayış sahələrinin satın alınması nəzərdə tutulur.

Seçilən
4
1
az.trend.az

2Mənbələr