İyunun 24-dən 26-dək Haaqada keçiriləcək NATO sammitinin yekun bəyanatında Ukraynanın alyansa üzvlüyündən bəhs edilmir.
Publika.az xəbər verir ki, bu barədə "The Times" diplomatlara istinadən yazır.
Qeyd olunur ki, sənədin mətnində hələ də Rusiya “birbaşa təhdid” kimi qeyd olunacaq. Bundan əlavə, bəyanat bir A4 vərəqində cəmi beş paraqrafdan ibarət olacaq, baxmayaraq ki, Vaşinqtonda keçirilən son sammitdə 44 səhifəlik kommunike qəbul edilib.
Sammitin formatı da fərqli olacaq. Tipik NATO sammiti hər biri iki saat yarım davam edən üç iclasdan ibarətdir, lakin qarşıdan gələn tədbirin yalnız bir sessiyası olacaq.