AZ

Xameneinin sığınacağının yerləşdiyi bölgə vuruldu

İsrail Hərbi Hava Qüvvələri İranın ali rəhbəri Əli Xameneinin sığınacağının yerləşdiyi bölgəyə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadla Türkiyə KİV məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail bu gün İranda sentrifuqa istehsalı müəssisələri və silah obyektləri də daxil olmaqla çoxlu sayda hərbi obyektləri vurub, İran da buna cavab olaraq, İsrailə çoxlu sayda pilotsuz təyyarə atıb. Qeyd edilir ki, İsrail ordusunun hədəfində İranın ali rəhbəri Əli Xameneinin sığınacağının yerləşdiyi bölgə də olub.

İran rəhbərinin sığınacağına hava zərbələrinin endirilməsi barədə məlumat yoxdur.
Seçilən
7
1
sherg.az

2Mənbələr