Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Londondadır.
Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, o, bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
Zurabişvilinin sözlərinə görə, o, Londonda Böyük Britaniyanın Avropa üzrə dövlət naziri Stiven Doud və baş nazirin xarici siyasət üzrə nümayəndəsi Hanna Şahis ilə görüşüb.
Gürcüstanın keçmiş prezidenti görüşlərin təfərrüatları haqda məlumat verməyib.
QAZİLER.AZ