Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İsrail Hərbi Hava Qüvvələri İranın ali lideri Ayətullah Əli Xameneinin yerləşdiyi sığınacaq bölgəsinə hava zərbəsi endirib.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
İsrai mətbuatının iddialarına görə, Xameneinin təhlükəsiz zonada yerləşdiyi bildirilən bölgəyə endirilmiş zərbə, İranın siyasi və hərbi rəhbərliyinə ciddi mesaj xarakteri daşıyır.
İran tərəfi isə hələlik bu məlumatı rəsmi şəkildə təsdiqləməyib. Regionda vəziyyətin daha da gərginləşməsi ehtimal edilir.
İsrail ordusu tərəfindən yayılan son bəyanatda isə qeyd olunub ki, indiyə qədər İran daxilində 1100-dən çox hədəf vurulub.
"İran rejiminə ciddi zərbələr endirdik. Bu səbəbdən onlar mərkəzlərinə geri çəkilməyə məcbur oldular. Biz yalnız hərbi obyektləri hədəf alırıq, onlar isə mülki evləri və yaşayış məntəqələrini vururlar", – deyə bəyanatda bildirilir.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.