ain.az bildirir, Oxu.az portalına istinadən.
Rusiyanın "Ximki" futbol klubu fəaliyyətini dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
"Hörmətli azarkeşlər, dostlar, həmkarlar! "Ximki" futbol klubunun fəaliyyətinin dayandırılması ilə bağlı çətin qərar qəbul edilib. Bütün səylərimizə baxmayaraq, klub peşəkar rəqabətdən kənarda qaldı", - deyə klubun yaydığı bəyanatda qeyd olunur.
Qeyd edək ki, Rusiyanın eyni adlı şəhərini təmsil edən klubu azərbaycanəsilli rusiyalı iş adamı Tufan Sadıqova məxsusdur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.