AZ

İranda Mossad casusu olmaqda ittiham edilən 5 nəfər saxlanılıb

İranda Mossad casusu olmaqda ittiham edilən 5 nəfər saxlanılıb

İranın Loristan əyalətində İsrailin xarici kəşfiyyat xidməti Mossad adından sosial media üzərindən fəaliyyət göstərdiyi iddia edilən 5 nəfər saxlanılıb.

İranın rəsmi xəbər agentliyi IRNA məsələ ilə bağlı Loristan İnqilab Keşikçiləri Ordusunun kəşfiyyat bölməsi tərəfindən yayımlanan açıqlamanı dərc edib.

Açıqlamada bildirilir ki, sosial şəbəkələrdə aktiv olan bu şəxslər İsrailin İrana qarşı hücumları zamanı xalq arasında təşviş və qorxu yaratmaq, habelə rejimi nüfuzdan salmaq məqsədi ilə fəaliyyət göstərməkdə ittiham olunurlar.

Qeyd edək ki, eyni əyalətdə dünən də oxşar ittihamlarla 18 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.

Seçilən
6
afn.az

1Mənbələr