AZ

Sertifikatlaşdırma prosesinə start verilib – VİDEO

18 iyun tarixindən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilir.
Sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.
Qeyd edək ki, sertifikasiya prosesində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 1006 nəfər müəllim iştirak edəcək.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev Xaçmaz şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən sertifikatlaşdırmanın test imtahanı mərhələsində iştirak edən müəllimlərə imtahan prosesindən əvvəl uğurlar arzulayıb, onlara öz bilik və bacarıqları ilə yüksək nəticələr əldə edəcəklərinə inandığını vurğulayıb.

Seçilən
8
7times.az

1Mənbələr