2025-ci il NATO sammiti ABŞ prezidenti Donald Trampı qəzəbləndirməmək üçün qısa olacaq.
Bu barədə Britaniyanın “The Times” qəzeti tədbir təşkilatçıları arasında olan mənbələrə istinadən məlumat yayıb.
Hollandiyanın Haaqa şəhərində keçirilən sammitin təşkilatçılarının Trampın səbirsizliyini, uzun görüş və tədbirləri sevmədiyini nəzərə aldıqları bildirilir. Trampın da uzun müddət bir mövzu üzərində cəmləşə bilməyəcəyini dediyi deyilir.
Sammitin hər biri 2,5 saat davam edən standart üç hissəsinin əvəzinə yalnız bir sessiya keçiriləcək – bu sessiyada alyansın müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 5%-ə çatdırılması müzakirə ediləcək. ABŞ prezidentinin NATO-nun baş katibi Mark Rutte ilə ənənəvi mətbuat konfransı da ləğv ediləcək.
Həmçinin güman edilir ki, sammitdən sonra yekun bəyanat A4 kağızında cəmi beş paraqrafdan ibarət olacaq. Müqayisə üçün qeyd edək ki, əvvəlki bəyanatın həcmi 44 bənd olub.
Avropa Siyasət Mərkəzinin baş mütəxəssisi Pol Teylor daha əvvəl “The Guardian”da dərc olunmuş məqaləsində bildirmişdi ki, gələn həftə Hollandiyada keçiriləcək NATO sammitində Ukrayna və Gürcüstanın alyansa üzvlüyü birbaşa gündəmdə olmayacaq.
//Gülnarə Abasova, Editor.az