Astana. Trend:
Qazaxıstan və Azərbaycan neft-qaz sektorunda əməkdaşlığıgücləndirir. Bu sektor hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır vəregional enerji təhlükəsizliyi ilə yanaşı, dünya bazarında rəqabətqabiliyyəti baxımından da strateji rol oynayır.
Trend-inməlumatına görə, bu barədə Astana Beynəlxalq Maliyyə Mərkəzi (ABMM)və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf vəDiplomatiya İnstitutunun (IDD) birgə hesabatında qeyd olunur.
2024-cü ildə Qazaxıstanda təxminən 88 milyon ton, Azərbaycandaisə 29 milyon ton neft hasil olunub. Bu isə birlikdə təqribən 117milyon ton təşkil edir ki, bu da qlobal neft təklifinə mühümtöhfədir. Qazaxıstan hasil etdiyi neftin təxminən 70 faizini ixracetdiyi Xəzər Boru Kəməri Konsorsiumundan (XBKK) ciddi şəkildəasılıdır və bu həcmdə neftin təqribən üçdə ikisi məhz bu marşrutladaşınır. XBKK hazırda Qazaxıstan üçün ən sərfəli ixrac marşrutuolaraq qalır.
Lakin ABMM və IDD ekspertlərinin fikrincə, Azərbaycanın iştirakıilə ixrac marşrutlarının şaxələndirilməsi geosiyasi risklərinazaldılmasına və məhdud sayda tranzit yollarından asılılığın aradanqaldırılmasına kömək edir.
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri neftin ixracı üçünetibarlı və sınaqdan keçmiş infrastruktur hesab olunur vəQazaxıstan artıq bu marşrutdan fəal şəkildə istifadə edir. 2024-cüildə ölkə bu boru kəməri ilə 1,4 milyon tondan çox neft ixrac edibki, bu da birgə infrastrukturun effektivliyini nümayiş etdirir.
Bununla yanaşı, BTC boru kəməri hazırda az yüklənmişvəziyyətdədir: 2024-cü ildə bu marşrutla cəmi 29,47 milyon ton neftnəql olunub ki, bu da illik 60 milyon ton layihə gücünün yarısındanda azdır. Rəsmi proqnozlara əsasən, Qazaxıstan yaxın illərdə BTCvasitəsilə ixracı 2,2 milyon tona çatdırmağı, hasilatın artması vəinfrastrukturun əlaqələndirilməsinin təkmilləşdirilməsi ilə buhəcmi uzunmüddətli perspektivdə 20 milyon tona qədər artırmağıplanlaşdırır.
Neftin daşınmasında mühüm rolu Caspian Integrated MaritimeSolutions (CIMS) – "KazMunayGaz" və Abu Dabi Limanlar Qrupununbirgə müəssisəsi oynayır. Bu şirkət Xəzər dənizi vasitəsilə neftindaşınması üçün tanker donanmasına malikdir və BTC marşrutu ilətranziti həyata keçirir. Neftin nəqlində oxşar funksiyanı“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) də yerinəyetirir.
Hesabatda göstərilir ki, BTC marşrutu ilə neftin uğurladaşınması üçün aşağıdakı şərtlər vacibdir: dünya bazarında yüksəkneft qiymətləri (bu, Aktau limanının infrastrukturuna sərmayəniəsaslandırır; limanın hazırkı ötürücülük qabiliyyəti illik 5–6milyon ton təşkil edir), anbar və yükləmə güclərinin artırılması,eləcə də, effektiv tanker donanması.